...

Azərbaycan Dövlət Neft Fondunun aktivlərinin 84%-dən çoxu "AAA" reytinqli kağızlara yatırılıb – Fondun başçısı

Energetika Materials 25 İyul 2009 13:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyul / Trend , müxbir E.İsmayılov /

Altı ayın yekunlarına əsasən, Azərbaycan Dövlət Neft Fondunun aktivlərinin 84,27 faizi "AAA" reytinqli qiymətli kağızlara yatırılıb, bu barədə ADNF-nin başçısı Şahmar Mövsümov bildirib. Fondun aktivləri əsasən Moody və Standard & Poor beynəlxalq reytinq agentlikləri tərəfindən verilən yüksək reytinqli istiqrazlara yatırılır.

Aktivlərin 6,96 faizi "AA" reytinqli qiymətli kağızların, 8,51 faizi "A", 0,18 faizi "BBB", 0,08 faizi isə digərlərinin payına düşür. Fondun aktivləri Mərkəzi Bankda sərmayə reytinqindən aşağı yerləşdirilə bilməz.

Bu gün aktivlərin yerləşdirilməsi müddəti əsas göstəricilərdən biridir. Hazırda inkişaf etmiş ölkələrdə (ABŞ, Yaponiya, İngiltərə) qısamüddətli investisiyaların uzunmüddətli investisiyalara nisbətdə böyük gəlir gətirməsi kimi bir tendensiya yaranıb. Bununla əlaqədar olaraq 2005-ci ildən etibarən Neft Fondu dünya bazarlarındakı vəziyyəti nəzərə alaraq qısamüddətli kağızlara vəsait yatırır, beləki, onların payı 2007-ci ildəki səviyyəsindən daha da artıb.

Hazırda aktivlərin 47,05 faizi bir il müddətli, 46,21 faizi bir ildən üç ilə kimi müddətli qiymətli kağızlara, 6,2 faizi üç ildən beş ilə kimi müddətli qiymətli kağızlara, həmçinin gəlirlərin 0,11 faizi, eyni zamanda 0,03 faiz beş ildən çox müddətli səhmlərə yatırılıb.

ADNF-nin aktivləri qismən qiymətli kağızlara, pul bazarı alətlərinə (depozit, bank hesabları) yatırılıb. Aksiyalara Fondun aktivlərinin cəmi 0,03 faizi yatırılıb. Hazırda Fondun aktivlərinin 43,29 faizi agentliklərin və beynəlxalq təşkilatların istiqrazlarına, 35,73 faizi suveren borc kağızlarına, 3,88 faizi depozitlərə və pul bazarı alətlərinə, 0,32 faizi isə bank hesablarına yatırılıb.

Neft Fondunun aktivlərinin coğrafi yerləşdirilməsi aşağıdakı kimidir: 55,06 faiz Avropa ölkələrinə, 28,11 faiz Şimali Amerika, 13,79 faiz beynəlxalq maliyyə təşkilatlarına, 2,32 faiz usə Asiyaya və s. yatırılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti