Azərbaycan, Bakı, 25 avqust / Trend /
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) geoloji və neft-mədən məlumatlarının korporativ bazasının yaradılması ilə bağlı işlərin, xidmətlərin və proqram təminatının satın alınması üçün tender elan edib. Bu barədə çərşənbə axşamı ARDNŞ-dən yayılan məlumatda deyilir.
ARDNŞ namizədləri, geoloji və neft-mədən məlumatlarının korporativ bazasının yaradılması, yerləşdirilməsi və idarə olunması üçün zəruri olan proqram təminatı; proqram təminatının qurulması və sistemə qoşulması; ARDNŞ heyəti üçün təlimin təşkili; pilot məlumatların bazasının yüklənməsi; proqram təminatına dəstək xidməti üzrə təkliflərini təqdim etməyə dəvət edir.
İddiaçılar müsabiqədə iştirak etmək üçün tender təkliflərini və iştirak haqqında ərizələrini, eləcə də digər sənədləri 01 oktyabr 2009-cu il Bakı vaxtı ilə saat 17:00-dan gec olmayaraq ARDNŞ-ə təqdim etməlidirlər.
İddiaçıların müsabiqə zərfləri bu il oktyabrın 5-də saat 15.00-da ARDNŞ-in binasında açılacaq.
Müsabiqə təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcək: qiymət, keyfiyyət, analoji işlərdə təcrübə; təklif olunan metodologiya və yanaşma; işçi heyətin təcrübəsi.
Müsabiqəin əsas şərtlər toplusu Azərbaycan və ingilis dillərində hazırlanıb. İddiaçılar əsas şərtlər toplusunu və əlavə məlumat əldə etmək üçün aşağıdakı əlaqələndirici şəxslərə müraciət edə bilərlər:
Vidadi Əhmədov - ARDNŞ, İnformasiya texnologiyaları şöbəsi. Neftçilər prospekti 73, Bakı, Azərbaycan. Tel: + 99 412 521-00-46, + 99 412 521-01-00. Email: [email protected]
Hüseynova Aliyə - ARDNŞ-in İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin "Geoloji-mədən məlumatlarının korporativ bazasının idarə edilməsi" departamenti. Bakı şəh, Nizami r-nu, H. Əliyev pr.113. Tel. +99 412 521-05-37, +99 412 521-05-50. E-mail: [email protected]