Azərbaycan, Bakı, 12 oktyabr / Trend /
İran Televiziyasının xəbər saytının İranın milli qaz ixracatçısı şirkətinin direktoru Rza Kəsaizadəyə istinadən verdiyi məlumata görə, Fransanın "Total" şirkəti İranın neft və qaz sənayesində işləməyə başlayıb.
Kəsaizadə deyib ki, "Total" Çinin CNPC şirkətilə birlikdə "Cənubu Pars" qaz layihəsi üzrə 11 - ci fazanın işlənməsinə başlayacaq. "Daha sonra fransız şirkəti üçün bu layihənin başqa fazasında işləməsi üçün şərait yaradılacaq", - Kəsaizadə deyib.
Onun sözlərinə görə, əvvəllər "Total"la "Cənubu Pars" qaz layihəsi üzrə imzalanməş müqavilənin ümumi dəyəri 12 milyard dollar təşkil edirdi.
"Amma LNG-nin maya dəyərinin 750 dollar olduğunu nəzərə alaraq, "Total"la yeni müqavilənin qiyməti 8 milyard dollar təşkil edəcək", - deyə Kəsaizadə vurğulayıb.