...

ARDNŞ Xəzərdə yüksək debitli quyu qazacaq

Energetika Materials 29 Oktyabr 2009 18:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 oktyabr / Trend , müxbir E.İsmayılov/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) 2010-cu ilin əvvəllərində "8 Mart" yatağının "8 mart - 730" platformasında yüksək debitli qaz-kondensat istismar quyusunu qazmağı planlaşdırır. Bu barədə cümə axşamı ARDNŞ-dakı mənbədən məlumat verilib.

Mənbədən deyildiyinə görə, qazma işlərinə daha əvvəldən başlamaq planlaşdırılıb. Avadanlıqların quraşdırılması prosesinin çətinliyinə görə qazma işlərinə bir neçə aydan sonra başlanacaq.

"Hazırda lazımi avadanlıqların montajı üzrə işlər gedir. Qazma işlərinə yanvarda başlamaq planlaşdırılır", - mənbədən deyilib.

Bir müddət əvvəl ARDNŞ 578 saylı platformada yeni quyunun qazılmasını planlaşdırmışdı. Lakin qazma avadanlıqlarının quraşdırılması digər quyuların hasilatını çətinləşdirdiyi üçün qazma avadanlığını 730 saylı platformaya gətirmək və məhz burada qazma işlərinə başlamaq qərara alınıb.

Quyunun layihə dərinliyi 5800 metrdir. Quyudan sutkalıq 350 min kubmetrə yaxın qaz və 40 ton kondensat hasil edilməsi gözlənilir.

"Hazırda "8 Mart" yatağından sutkalıq 400 min kubmetrdən artıq qaz hasil edilir. Geoloqlar artıq 9 qazma nöqtəsini müəyyən ediblər", - ARDNŞ-nin məlumatında deyilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti