...

Xəzər ölkələri ilə əməkdaşlıqda Belarus hər şeydən öncə enerji tədarükü təhlükəsizliyi məsələsini diqqətdə saxlayacaq - səfir İqor Lixovıy

Energetika Materials 5 Noyabr 2009 10:50 (UTC +04:00)
Belarus Xəzər regionu və Mərkəzi Asiya ölkələri ilə energetika sahəsindəki əməkdaşlıqda ilk növbədə tədarüklərin təhlükəsizliyinin təmin edilməsi məsələsini diqqətdə saxlayacaq, Ukraynanın Belarusdakı səfiri İqor Lixovıy bildirib, İnterfaks xəbər verib.
Xəzər ölkələri ilə əməkdaşlıqda Belarus hər şeydən öncə enerji tədarükü təhlükəsizliyi məsələsini diqqətdə saxlayacaq - səfir İqor Lixovıy

Azərbaycan, Bakı, 04 noyabr / Trend /

Belarus Xəzər regionu və Mərkəzi Asiya ölkələri ilə energetika sahəsindəki əməkdaşlıqda ilk növbədə tədarüklərin təhlükəsizliyinin təmin edilməsi məsələsini diqqətdə saxlayacaq, Ukraynanın Belarusdakı səfiri İqor Lixovıy bildirib, İnterfaks xəbər verib.

"Nəzərə almaq lazımdır ki, Belarusun Xəzər və Orta Asiya regioununda öz maraqları var - Azərbaycan, İran ilə əlaqələr inkişaf edir. Məsələ qiymət sövdələşməsində deyil. Məsələ tədarüklərin təhlükəsizliyindən ibarətdir", - Lixovıy bildirib.

Bu gün aşağı qiymətlə qaz və neft əldə etmək Belarus üçün sərfəlidir, Lixovıy bildirib. Lakin enerji daşıyıcıları tədarüklərinin diversifikasiyası məsələsi hələ də aktualdır. "Əvvəllər Xəzərdən şimal qitəsinə yeni neft dəhlizi - Odessa-Brodı dəhlizi ilə bağlı Ukraynanın siqnalları havadan asılı qalmışdı. İndi isə biz onların Belarusda da eşidildiyinin şahidi oluruq", - Lixovıy qeyd edib.

Lixovıyın sözlərinə əsasən, təklif ekspertlər tərəfindən öyrənilir və Belarus bu layihəyə maraq göstərir, lakin bəzi səbəblərdən ölkə onda iştirak etmir. Səbəblərdən biri ondan ibarətdir ki, layihə tam gücü ilə işləməyə başlamayıb və onun zəif tərəflərindən biri borunun xammal ilə doldurulması üzrə zəmanətlə bağlıdır. "Onu da qeyd etmək lazımdır ki, hazırda artıq Kremençutsk neft emalı zavodu tamamilə Xəzərin yüngül nefti ilə işləyir", - Lixovıy qeyd edib.

Avropa-Asiyanın Odessa-Brodı-Plotsk-Qdansk neft nəqli dəhlizinin inşası layihəsi fikri 90-cı illərin ortalarında yaranıb. O, Xəzər neftinin Qərb ölkələrinə və Mərkəzi Avropaya tədarük etməyə imkan verəcək neft nəqli üzrə yeni dəhlizin inşasını nəzərdə tuturdu.

Xəbər lenti

Xəbər lenti