...

ARDNŞ Gürcüstana qaz tədarükünü artırıb

Energetika Materials 25 Noyabr 2009 18:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 noyabr / Trend /

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) yanvar-oktyabr aylarında Gürcüstana 791,5 milyon kubmetrə yaxın qaz ixrac edib. 2008-ci ilin yanvar-oktyabrında bu rəqəm 541,8 milyon kubmetr olub. Bu barədə ARDNŞ-nin məlumatında deyilir.

Oktyabr ayında ARDNŞ Gürcüstana təxminən 83,2 milyon kubmetrə yaxın qaz ixrac edib.

Gürcüstana qaz tədarükü 2008-ci ilin aprelində başlayıb. Ümumilikdə, 2008-ci ildə 788,93 milyon kubmetrə yaxın qaz ixrac edilib.

Bir müddət əvvəl "Azəriqaz" QSC (ölkənin bütün regionları üzrə qazın paylanması və satışı) Azərbaycan qazının Gürcüstana tədarükünün artırılması layihəsi çərçivəsində Ağdaşda (qərb regionu) qaz-kompressor stansiyasının bərpası üzrə işləri başa çatdırıb. Gürcüstana qaz tədarükü Qazıməhəmməd-Gürcüstan sərhədi qaz kəməri ilə həyata keçirilir. Boru kəməri ilə qaz nəqlinin artırılması məqsədilə maksimal nəql təzyiqinin hazırkı 10 atmosferdən 20 atmosferədək qaldırılması planlaşdırılır.

Ötən ilin noyabrında Azərbaycanla Gürcüstan arasında müqavilə imzalanıb. Müqavilə 2009-cu ildən başlayaraq sonrakı beş il ərzində Gürcüstanın qaz bazarında ARDNŞ-nin fəaliyyətinin fəallaşdırılması imkanlarını nəzərdə tutur. Memoranduma əsasən, ARDNŞ layihənin realizəsi üçün Gürcüstan hökumətinin müəyyənləşdirdiyi qaz istehlakçıları qruplarını (sosial qruplar) təmin edəcək törəmə müəssisə yaradır.

Xəbər lenti

Xəbər lenti