Azərbaycan, Bakı, 03 fevral / Trend /
Türkiyə Azərbaycan qazının hazırkı qiymətini münasib hesab etmir və qazı yeni razılaşdırılmış qiymət üzrə alacaq. Bu barədə çərşənbə axşamı Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız Ankarada mətbuat konfransında deyib. Məlumatı Anadolu agentliyi verib.
" 2008-ci il aprelin 15-indən etibarən biz Azərbaycandan qaz almırıq, çünki bu qiyməti biz münasib hesab etmirik. Biz qazın uyğunlaşdırılmış qiyməti üzrə qaz alacağıq. Biz bunu həmçinin Azərbaycan tərəfinə bildirmişik. Biz inanırıq ki, qazın hazırkı qiyməti uzun müddət dəyişilməz qalmayacaq. Biz Azərbaycandan alınan qazın qiymətinin artırılmasına hazır olacağıq, belə ki, biz yeni qiymətləri əvvəlcədən öz hesablarımıza daxil etmişik. Lakin biz qiymət təklifi etmişik, bu təklif bizim ölkənin maraqlarını qane edir və Azərbaycanın maraqlarına zərər vermir", - Taner Yıldız deyib.
Onun sözlərinə görə, "Nabukko" layihəsinə dair işlər qrafik üzrə gedir.
Nazirin qeyd etdiyi kimi, Türkiyəyə atom enerjisinin əldə edilməsinə başlamaq lazımdır.
"2010-cu il ölkədə atom enerjisinin inkişaf ili olacaq", - Taner Yıldız deyib.