...

Pis hava şəraiti ilə əlaqədar Bakıda qaz istehlakı artacaq

Energetika Materials 5 Fevral 2010 12:21 (UTC +04:00)
ARDNŞ-in (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azəriqaz" İstehsalat Birliyi hava şəraitinin pisləşməsi ilə əlaqədar olaraq Azərbaycan paytaxtında qaz istehlakının sutkada 14-15 milyon kubmetrə çatacağını proqnozlaşdırır. Yanvarın 27-də isə paytaxtda qaz istehlakı sutkada 13,8 milyon kubmetr təşkil edib.
Pis hava şəraiti ilə əlaqədar Bakıda qaz istehlakı artacaq

Azərbaycan, Bakı, 05 fevral / Trend , müxbir E.İsmayılov/

ARDNŞ-in (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azəriqaz" İstehsalat Birliyi hava şəraitinin pisləşməsi ilə əlaqədar olaraq Azərbaycan paytaxtında qaz istehlakının sutkada 14-15 milyon kubmetrə çatacağını proqnozlaşdırır. Yanvarın 27-də isə paytaxtda qaz istehlakı sutkada 13,8 milyon kubmetr təşkil edib.

"Ehtimala görə, bu gün Bakıda qaz istehlakı 14-15 milyon kubmetrə çatacaq", - "Azəriqaz" İB-dən deyilib.

"Azəriqaz"dan deyildiyi kimi, paytaxtın qaz təminatında heç bir problem müşahidə olunmur. "Sistemlərə qaz normal rejimdə ötürülür və heç bir problem müşahidə olunmur", - İB-dan vurğulanıb.

2009-cu ildə paytaxtın qaz sisteminə təxminən 2,45 milyard kubmetr qaz ötürülüb ki, bu da 2008-ci ilin göstəriciləri ilə demək olar ki, eynidir.

Xəbər lenti

Xəbər lenti