...

BEA dünyada neftə olan tələbatın sutka ərzində 1,6 milyon barel artacağını proqnozlaşdırır

Energetika Materials 11 Fevral 2010 17:30 (UTC +04:00)
Beynəlxalq Energetika Agentliyi (BEA) dünyada neftə olan tələbatın 2009-cu ildəki sutka ərzində 84,9 milyon barelə nisbətdə 2010-cu ildə sutka ərzində 86,5 milyon barelə qədər artaraq 1,6 milyon barel təşkil edəcəyini proqnozlaşdırır.
BEA dünyada neftə olan tələbatın sutka ərzində 1,6 milyon barel artacağını proqnozlaşdırır

Azərbaycan, Bakı, 11 fevral / Trend , müxbir A.Bədəlova/

Beynəlxalq Energetika Agentliyi (BEA) dünyada neftə olan tələbatın 2009-cu ildəki sutka ərzində 84,9 milyon barelə nisbətdə 2010-cu ildə sutka ərzində 86,5 milyon barelə qədər artaraq 1,6 milyon barel təşkil edəcəyini proqnozlaşdırır.

BEA-nın cümə axşamı neft bazarı üzrə yayılan məruzəsində deyilir ki, OPEK-ə daxil olmayan ölkələrin hesabına bu il neftə olan tələbatın artımı müşahidə ediləcək.

BEA-nın qiymətləndirməsinə əsasən, yanvarda dünyada neft tədarükü sutka ərzində 45 min barel azalaraq 85,8 milyon barelə kimi düşüb.

OPEK-ə daxil olmayan ölkələrə neft tədarükünün həcmi, BEA-nın proqnozlarına əsasən, sutka ərzində 51,6 milyon təşkil edir, bu göstərici agentliyin əvvəllər proqnozlaşdırdığından sutka ərzində 120 min barel çox təşkil edir.

BEA-nın qiymətləndirməsinə əsasən, yanvarda OPEK-in neft hasilatı sutka ərzində 105 min ton artaraq 29,1 milyon tona çatıb.

Xəbər lenti

Xəbər lenti