...

Azərbaycanın "Şahdəniz" yatağında neft hasilatı artıb

Energetika Materials 23 Fevral 2010 10:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 fevral / Trend , müxbir E.İsmaylov/

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən dəniz qazkondensat yatağı "Şahdəniz"də profilaktik işlərin keçirilməsindən sonra quyulardan biri işə salınıb. Bu barədə neft-qaz bazarındakı mənbə bazar ertəsi bildirib.

"Quyuda bütün lazımi işlər görülüb və bu gündən etibarən o fəaliyyətə hazırdır", - mənbə bildirib.

Onun sözlərinə əsasən, hazırda yataqda qaz hasilatı fevralın 18-nə olan məlumata görə sutkada 17 milyon kubmetrə nisbətdə 22-23 milyon kubmetr qaz təşkil edir.

Hazırda hasilat platformada olan beş quyudan dördünün vasitəsi ilə aparılır. Beşinci quyunun işi əvvəl müvəqqəti dayandırılıb.

Bu il yataqda təxminən 7,84 milyard kubmetr qaz hasil edilib. Hasilatın ən yüksək həcmi 8,6-9 milyard kubmetrə çatıb. Proqnozlara uyğun olaraq ikinci mərhələdə aparılan işlər, burada ildə 20 milyard kubmetr qaz hasil edilməsinə imkan verir.

"Şahdəniz" yatağından istehsal olunan qaz hazırda Gürcüstan və Türkiyəyə nəql edilir və layihə çərçivəsində qazın bir hissəsini Azərbaycan əldə edir.

"Şahdəniz" yatağının ehtiyatları 1,2 trillyon kubmetr həcmində qiymətləndirilir.

"Şahdəniz" yatağının işlənməsinə dair müqavilə 1996-cı il iyunun 4-də imzlanıb. Layihə iştirakçıları bunlardır: BP (operator) -25,5 faiz, Statoil Hydro - 25,5 faiz, NICO - 10 faiz, Total - 10 faiz, LukAgip - 10 faiz, TPAO- 9 faiz, ARDNŞ - 10 faiz.

Xəbər lenti

Xəbər lenti