Azərbaycan, Bakı, 15 fevral /Trend/
Yanvar-mart aylarında ARDNŞ-in (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) neft-qaz çıxarma idarələri ölkənin offşor və onşor yataqlarında 13,4 milyon barel neft (1,82 milyon tondan çox) hasil ediblər. 2009-cu ilin yanvar-mart aylarında bu göstərici 13,21 milyon barelə yaxın (1,18 milyon tona yaxın) olub. Bu barədə ARDNŞ-dən məlumat verilib.
ARDNŞ-in xarici şirkətlərlə birgə layihələrinin payına 3,2 milyon bareldən çox düşür. Bunun 540,2 mini əməliyyat şirkətlərinin, 2,34 milyon barelə yaxını "Azəri-Çıraq-Günəşli" layihəsinin, 321,2 min bareli "Şahdəniz" yatağından qaz-kondensatın payına düşür.
Yanvar-mart aylarında ARDNŞ 1,94 milyard kubmetrə yaxın qaz alıb. Ötən ilin analoji dövrü üçün bu göstərici 2,1 milyard kubmetr təşkil edib. Həmin dövrdə ARDNŞ-in neft-qaz çıxarma idarələri 1,77 milyard kubmetr qaz hasil ediblər. Quruda qaz hasil edən birgə müəssisələr və əməliyyat şirkətləri yanvar-mart aylarında ARDNŞ-ə 16,3 milyon kubmetr qaz veriblər.
Bu ilin yanvar-mart aylarında Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) tərəfindən "Azəri-Çıraq-Günəşli" yatağında ARDNŞ üçün 804 milyon kubmetr səmt qazı hasil edilib. Ötən ilin analoji dövründə bu göstərici 1,05 milyard kubmetr təşkil edib.
Azərbaycanda 59 neft-qaz yatağı var. Onlardan 18-i dənizdə, qalanları quruda yerləşir.