...

"Palmali" yeni tankerlər alıb

Energetika Materials 27 May 2010 13:49 (UTC +04:00)
"Palmali" Şirkətlər Qrupu Yaponiyanın "Tsuneishi Shipbuilding Company" Gəmiqayırma Şirkətinin istehsalı olan, 107,4 min ton tutumlu "Aframaks" tipli iki tankerin alınması üçün memorandum imzalayıb, - bu barədə cümə axşamı neft-qaz bazarı mənbələrindən verilən məlumatda deyilir.

Аzərbaycan, Bakı, 27 may /Trend, müxbir E.İsmayılov/

"Palmali" Şirkətlər Qrupu Yaponiyanın "Tsuneishi Shipbuilding Company" Gəmiqayırma Şirkətinin istehsalı olan, 107,4 min ton tutumlu "Aframaks" tipli iki tankerin alınması üçün memorandum imzalayıb, - bu barədə cümə axşamı neft-qaz bazarı mənbələrindən verilən məlumatda deyilir.

"Palmali"də, həmçinin, yeni gəmilərin alınması faktı təsdiq olunub, lakin təfərrüatı ilə açıqlanmayıb.

Mənbələrin verdiyi məlumata görə, birinci tanker cari ilin iyul ayında "Tsuneishi" tərsanəsi tərəfindən şirkətə təhvil veriləcək. İkinci tankerin verilməsi isə daha gec - sentyabr ayında gözlənilir. "Palmali" Qara və Aralıq dənizləri limanlarından neft və neft məhsullarının daşınması üzrə uzunmüddətli müqavilələrin təminatı üçün hər iki tankeri alır.

"Aframaks" tipli iki tankerin alınması 120 mln dollara başa gələcək", - mənbədən deyilir.

Həmçinin, onun sözlərinə görə, bu ilin sonuna qədər "Palmali" VLCC tipli 300 min ton tutumlu və "Sueçmaks" tipli, 165 min ton tutumlu gəmi almağı planlaşdırır.

Xəbər lenti

Xəbər lenti