...

ABŞ Azərbaycandan neft idxalını azaldıb

Energetika Materials 29 May 2010 13:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 may / Trend , müxbir E.İsmayılov/

2009-cu ilin yanvar-mart aylarında ABŞ Azərbaycandan 2009-ci ilin analoji dövründə idxal edilmiş 4,55 milyon barel neftə nisbətdə üç milyon barelə yaxın neft idxal edib. Bu barədə ABŞ-ın Dövlət Enerji İnformasiya İdarəsinin (EIA) məlumatında deyilir.

Bu ilin yanvarında ABŞ Azərbaycandan 950 min barel neft idxal edib, fevralda bu göstərici 1,5 milyon barel, martda isə 499 min barel neft təşkil edib.

2009-cu ildə ABŞ Azərbaycandan 2008-ci ildəki 26,8 milyon bareldən artıq neftə nisbətdə 27,5 milyon barel neft idxal edib. 2007-ci ildə bu göstərici 20,6 milyon barel, 2006-cı ildə isə 9,7 milyon barel neft təşkil edib.

Azərbaycan neftinin nəql edildiyi əsas ixrac marşrutu Azərbaycan neftini Ceyhan limanına çatdıran "Bakı-Tbilisi-Ceyhan" boru kəməridir.

Azərbaycanın yüngül nefti "Bakı-Supsa" boru kəməri vasitəsilə Gürcüstanın Supsa limanından ixrac olunur.

Neft həmçinin dəmiryol vasitəsilə Gürcüstanın Batumi limanından, "Bakı-Novorossiysk" boru kəməri vasitəsilə Novorosiysk limanından ixrac olunur.

Xəbər lenti

Xəbər lenti