...

EGL Azərbaycan qazını İtaliyadakı elektrik stansiyalarına göndərməyi planlaşdırır

Energetika Materials 1 İyul 2010 17:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir A.Bədəlova/

Avropanın treyderi EGL Azərbaycan qazı hesabına öz qaz portfelini artırmaq niyyətindədir. Bu məqsədlə Bakıda İsveçrənin bu şirkətinin nümayəndəliyi açılıb.

"Azərbaycan qazı Rusiya və İran qazı ilə eyni səviyyədə EGL-in alış portfelinə əlavə olunur", - şirkətin rəsmi saytda yerləşdirilən məlumatında deyilir. EGL Azərbaycan qazı hesabına Aİ-yə enerjidaşıyıcılarının təhlükəsizliyində və mənbələrin diversifikasiyasında kömək etməyi planlaşdırır.

EGL şirkətinin nümayəndəliyi Bakıda mayda qeydiyyata alınıb. Şirkətin Azərbaycandakı nümayəndəsi Gas Supply & SEE EGL-in şöbə müdiri, EGL-in idarə heyətinin üzvü Markus Brokhofdur.

Şirkət Azərbaycana Avropaya davamlı və etibarlı qaz tədarükçüsü qismində baxır.

"Odur ki, qazın Azərbaycanın "Şahdəniz" yatağından Transadriatik boru kəməri vasitəsilə İtaliyaya nəqli uzunmüddətli məqsəddir. Orada qaz EGL tərəfindən quraşdırılan stansiyalarda elektrik enerjisinin alınması üçün yanacaq qismində istifadə ediləcək", - Brokhof qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan qazı İtaliyaya Transadriatik boru kəməri vasitəsilə nəql edilənədək, bəzi biznes qərarlarını həll etmək lazımdır. EGL-in pres-relizində həmin qərarlar barədə təfsilatlı məlumat verilməyib.

Brokhof iyunda Azərbaycan və Türkiyə arasında qaz sahəsində imzalanan "Qarşılıqlı anlaşma haqqında" memorandumu "Azərbaycandan yanacağın tədarük edilməsi üzrə danışıqlara başlamaq üçün imkan" adlandırıb.

1956-cı ildə İsveçrənin Laufenburq şəhərində yaradılan EGL şirkəti qaz və elektrik enerjisinin satışı ilə məşğul olur. Hazırda şirkətin baş ofisi Dietikonda (Sürix yaxınlığında) yerləşir və Avropanın 20-dən çox ölkəsində nümayəndəliyi var.

Transadriatik boru kəməri layihəsi "Cənub dəhlizi"nin bir hissəsi kimi, qazın Xəzər dənizi və Yaxın Şərqdən Avropaya ixrac olunması üçün nəzərdə tutulub. Qaz kəməri öz başlanğıcını Yunanıstandan götürəcək, Albaniya ərazisindən və Adriatik dənizindən keçəcək, daha sonra İtaliyayadək uzanacaq. Qaz kəməri Albaniyadan İtaliyaya qədər 115 kilometrlik sualtı sahəyə qoşulub. 

Layihənin tikintisinin maya dəyəri 2,2 milyard manat təşkil edəcək. Kəmərin uzunluğu 520 kilometrdir. Onun ilkin buraxılış qabiliyyəti 10 milyard kubmetr, maksimum buraxılış qabiliyyəti isə ildə 20 milyard kubmetrdir.

İyunda Bakıda EGL-in qaz şöbəsinin rəhbəri Tomas Hesselbarsın dediyi kimi, TAP layihəsi qaz istehsalçı və istelakçılarının maraqlarını təmin edəcək və "Cənub dəhlizi"nin ixrac potensialını artıracaq.

Xəbər lenti

Xəbər lenti