...

"Azərikimya" İB yeni avtobuslar alıb

Energetika Materials 7 İyul 2010 18:25 (UTC +04:00)
ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azərikimya" İstehsalat Birliyi öz işçilərinin rahatlığını təmin etmək üçün yeni avtobuslar alıb.
"Azərikimya" İB yeni avtobuslar alıb

Azərbaycan, Bakı, 7 iyul / Trend /

ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azərikimya" İstehsalat Birliyi öz işçilərinin rahatlığını təmin etmək üçün yeni avtobuslar alıb. Bu barədə ARDNŞ-nin çərşənbə günü yaydığı məlumatda deyilir.

Məlumatda deyildiyi kimi, Türkiyənin "Otokar" şirkətinin istehsalı olan 4 avtobus yay və qış aylarında nəqliyyatın fəaliyyətində problem və çətinliklərin olduğu nəzərə alınaraq, eləcə də səhər və axşam növbələrində çalışan işçilərin sərbəst gediş-gəlişini təmin etmək məqsədilə alınıb. Avtobusların hər biri 25 sərnişin üçün nəzərdə tutulub.

Yeni avtobusların alınması ilə İB-nin maşın parkındakı işlək avtobusların sayı 16-ya çatıb.

Xəbər lenti

Xəbər lenti