...

ARDNŞ Vyetnamda neft emalı zavodunu neftlə təmin edəcək

Energetika Materials 28 İyul 2010 18:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 iyul /Trend, müxbir A.Bədəlova/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) avqustun ortalarından Vyetnamın "Dung Quat" neft emalı zavoduna 65 min kubmetr həcmində neft ixrac etməyə başlayacaq. Bu barədə Vyetnam KİV yazır.

Avqustun sonlarında BP "Dung Quat" NEZ-ə elə bu həcmdə neft nəql etməyə başlayacaq.

Apreldə ARDNŞ və "Petrovietnam Oil Corporation" Bakıda neft-qaz sahəsində qarşılıqlı anlaşma haqqında memorandum və Vyetnam NEZ-inə Azərbaycan neftinin uzunmüddətli ixracı haqqında müqavilə imzalayıblar. Neft ixracı məsələləri ilə Sinqapurdakı "SOCAR Trading" törəmə müəssisəsi məşğul olacaq.

"Dung Quat" Vyetnamda gücü ildə 6,5 milyon ton həcmində planlaşdırılan ilk NEZ-dir.

Ötən ay "Petrovietnam Oil" şirkəti "Dung Quat"la ilin sonunadək 300 milyon ton neft ixracı haqqında müqavilə imzalayıb. İlin birinci yarısında "Petrovietnam"dan "Dung Quat"a ixracın həcmi 2,5 milyon ton neft təşkil edib.

Bu gün "Dung Quat"ın gücü sutkada 135,500 barel təşkil edir. Uzunmüddətli dövrdə zavodun gücünün sutkada 170 min barelədək çatdırılması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti