...

ABŞ İranda uzunmüddətli perspektivdə qaz hasilatının artımını proqnozlaşdırır

Energetika Materials 5 Avqust 2010 17:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 avqust /Trend, müxbir A.Bədəlova/

ABŞ-ın Enerji İnformasiyaları Dövlət İdarəsi (EIA) İranda qaz hasilatının 2007-ci ildəki 114 milyard kubmetrdən 2035-ci ildə 248 milyard kubmetrədək artacağını proqnozlaşdırır. Bu dövrdə ölkədə qaz hasilatının illik artımı 2,9 faiz təşkil edəcək.

EIA-nın 2010-cu il beynəlxalq enerji icmalına görə, 2015-ci ildə İranda qaz hasilatı 183 milyard kubmetr, 2020-ci ildə 228 milyard, 2025-ci ildə 248 milyard, 2030-cu ildə isə 257 milyard kubmetr təşkil edəcək.

BP-nin məlumatına görə, 2010-cu ilin əvvəli üçün İranda təsdiq olunmuş qaz ehtiyatları 29,61 trilyon kubmetr təşkil edir ki, bu da dünyada təsdiq edilmiş qaz ehtiyatlarının 15,8 faizidir. 2009-cu ildə ölkədə qaz hasilatı 131,2 milyard kubmetr təşkil edib ki, bu da 2008-ci ildəki hasilatın ümumi həcmindən 13,1 faiz çoxdur.

EIA-ın proqnozlarına görə, uzunmüddətli perspektivdə İranda neft hasilatı azalacaq. EIA-nın məruzəsinə görə, azalmanın əsas səbəbi ölkədə yeni neft-qaz yataqlarının işlənməsinə tətbiq edilən maliyyə və siyasi məhdudiyyətlər olacaq.

EIA-nın proqnozlarına görə, siyasi amillər və investisiya məhdudiyyətlərinin mövcudluğu səbəbindən ölkədə maye karbohidrogenlərin hasilatı 2035-ci ildə sutkada 2,7 milyon barel azalacaq.

Xəbər lenti

Xəbər lenti