...

"Azərikimya" İB məhsul buraxılışı üzrə keyfiyyət və kəmiyyət göstəricilərini yaxşılaşdırmaq niyyətindədir

Energetika Materials 3 Sentyabr 2010 15:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir E.İsmayılov/

ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azərikimya" İstehsalat Birliyi öz müəssisələrində istehsal olunan kimyəvi məhsulların nomenklaturasını artıqmaq niyyətindədir. Bu barədə jurnalistlərə cümə günü İB-nin rəhbəri Muxtar Babayev bildirib.

Onun sözlərinə görə, kəmiyyət və keyfiyyət göstəricilərini yeni qurğuların tikintisi, eləcə də aşağıtəzyiqli polipropilen və polietilen istehsalı hesabına artırmaq olar. Eləcə də modernləşdirmə işləri çərçivəsində İB-nin tərkibinə daxil olan zavod və müəssisələrdə yüksək enerji və su sərfi tələb edən qurğuların dəyişdirilməsi planlaşdırılır.

İB istehsal olunan məhsulların keyfiyyətinin artırılması və xammalın diversifikasiyası üçün özünün bütün müəssisələrində xammalın paylanması sisteminin yenilənməsi üzrə işlər həyata keçirmək niyyətindədir ki, bu da öz növbəsində yüksək keyfiyyətli birbaşa qovulan benzin (nafta), propan-propilen fraksiyalarının, eləcə də qaz fraksiyalaırnın tədarükünü nəzərdə tutur.

İB-nin bütün müəssisələrində modernləşdirmə və təmir işlərinin 2 - 2,5 il ərzində başa çatdırılması planlaşdırılır.

Babayev müəssisələrdə modernləşdirmə və təmir işləri üçün lazım olan məbləği açıqlamayıb və qeyd edib ki, ARDNŞ lazımi həcmdə vəsaitləri ayıracaq.

Eləcə də, Babayevin sözlərinə görə, hazırda İqtisadi İnkişaf Nazirliyi və ARDNŞ hazır kimyəvi məhsulların istehsalı üzrə Sumqayıt texnoparkının yaradılması üzrə hazırlıq işləri aparırlar.

Xəbər lenti

Xəbər lenti