...

ARDNŞ neft-qaz müqavilələri üzrə investisiyaların artmasını gözləyir

Energetika Materials 23 Sentyabr 2010 15:45 (UTC +04:00)
Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşi" (AÇG) yataqlar bloku işlənməyə başlanandan 200 milyon ton neft hasil edilib.
ARDNŞ neft-qaz müqavilələri üzrə investisiyaların artmasını gözləyir

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir E.İsmayılov/

Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşi" (AÇG) yataqlar bloku işlənməyə başlanandan 200 milyon ton neft hasil edilib. Bu barədə ARDNŞ-nin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Azərbaycanın hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytında yerləşdirilən müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu dövrdə blokdan 50 milyard kubmetrdən çox qaz hasil edilib.

ARDNŞ vitse-prezidentinin dediyinə görə, yataqlarda 60-dan çox istismar quyusu qazılıb və hazırda burada sutkada 120 min tondan çox neft və 36 milyon kubmetr qaz hasil olunur.

1994-cü il sentyabrın 20-də imzalanan "Əsrin müqaviləsi" ilə "AÇG"nin işlənməsinin başlanğıcı qoyulub. Yusifzadə müqavilənin imzalanmasının iki əsas nəticəsini göstərir. Birincisi, xarici şirkət və ölkələr Azərbaycanı sabit ölkə kimi tanıyıb və burada investisiyaların qoyulumasının təhlükəsiz olmasına inanıblar. Buna sübut kimi indiyədək 31 müqavilənin imzalanmasıdır. İndi dünyanın 20 ölkəsindən 26 şirkətin iştirak etdiyi 14 müqavilə üzrə işlər aparılır.

Proqnozlara əsasən, imzalanan müqavilələr çərçivəsində Azərbaycanda kəşfiyyat, işlənmə və nəqlə cəlb ediləcək investisiyaların həcmi 60 milyard dollara çatacaq.

Yusifzadə "Əsrin müqaviləsi"nin ikinci nəticəsini neft hasilatı səviyyəsinin artırılması üçün şəraitin yaradılmasını hesab edir. Ötən il Azərbaycanda neft hasilatının həcmi 50,42 milyon ton təşkil edib. Bu göstərici 1997-ci ildə doqquz milyon ton olub. Xəzər dənizinin Azərbaycan sektorundakı yeni neft-qaz yataqlarının açılması imkanı 2015-ci ildə ölkədə neft hasilatının səviyyəsinin 60 milyon tonadək artacağını proqnozlaşdırmağa əsas verir.

"Azəri-Çıraq-Günəşli" layihəsinin iştirakçıları aşağıdakılardır: BP (operator - 37,43 faiz iştirak payı), "ChevronTexaco" (11,27 faiz), ARDNŞ (10 faiz), INPEX (10,96 faiz), "Statoil" (8,56 faiz), "ExxonMobil" (8,006 faiz), TPAO (6,75 faiz), "Itochu" (4,3 faiz), "Delta Hess" (2,72 faiz). Sazişin qüvvədə olma müddəti 30 ildir.

Xəbər lenti

Xəbər lenti