...

Azərbaycanda neft ehtiyatlarının həcmi iki dəfə artırıla bilər

Energetika Materials 24 Sentyabr 2010 18:31 (UTC +04:00)
Proqnozlara əsasən, bu il Azərbaycanda 23 milyard kubmetr əvəzinə 28 milyard kubmetr qaz hasil ediləcək.
Azərbaycanda neft ehtiyatlarının həcmi iki dəfə artırıla bilər

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir N.İsmayılov/

Proqnozlara əsasən, bu il Azərbaycanda 23 milyard kubmetr əvəzinə 28 milyard kubmetr qaz hasil ediləcək. Bu barədə cümə günü Xəzər-Avropa İşgüzar İnteqrasiya Klubunun (CEIBC) üzvləri ilə görüşdə ARDNŞ-nin geologiya, geofizika və yataqların kəşfiyyatı üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib.

Onun sözlərinə görə, Azərbaycanda ötən il 50,4 milyon ton təşkil edən ümumi neft hasilatı həcminin artımı da gözlənilir.

"Azərbaycanın sübut olunmuş neft ehtiyatları 1,5 milyard ton təşkil edir və perspektivdə bu göstərici üç milyard tona çatdırıla bilər", - Yusifzadə qeyd edib.

Sübut edilmiş qaz ehtiyatları iki trilyon kubmetr, ehtimal edilən ehtiyatlar isə təxminən beş trilyon kubmetr qiymətləndirilir.

ARDNŞ-nin birinci vitse-prezidentinin sözlərinə görə, növbəti il şirkət öz yataqlarında neft hasilatı həcmini bu ilin səviyyəsində - təxminən 8,5 milyon ton səviyyəsində saxlamaq niyyətindədir.

Xəbər lenti

Xəbər lenti