...

Oktyabrın 1-dən Özbəkistanda elektrik enerjisi, isti su və isitmə sisteminə olan tariflər artıb

Energetika Materials 2 Oktyabr 2010 13:48 (UTC +04:00)
Oktyabrın 1-dən Özbəkistanda elektrik enerjisinə olan tariflər 8,9 faiz yüksəlib. Bu barədə Özbəkistan KİV-ləri yazır.
Oktyabrın 1-dən Özbəkistanda elektrik enerjisi, isti su və isitmə sisteminə olan tariflər artıb

Özbəkistan, Daşkənd, 2 oktyabr /Trend, müxbir D.Əzizov/

Oktyabrın 1-dən Özbəkistanda elektrik enerjisinə olan tariflər 8,9 faiz yüksəlib. Bu barədə Özbəkistan KİV-ləri yazır.

Məlumata əsasən, oktyabrın 1-dən bir kVt/saat elektrik enerjisinin dəyəri əvvəlki 70,5 suma nisbətdə 76,8 sum təşkil edir. Elektrik qızdırıcıları quraşdırılmış evlərdə bir kVt/saat elektrik enerjisinin dəyəri 35,25 sumdan 38,4 suma qaldırılıb.

Özbəkistanda sonuncu dəfə elektrik enerjisinin tarifləri bu ilin aprelində artırılmışdı - 8,8 faiz.

Bundan əvvəl Trend-ə bildirildiyi kimi, oktyabrın 1-dən mərkəzi isitmə sistemi və isti su təchizatına olan tariflər 8,5 faiz artırılıb.

Xüsusilə də mərkəzi isitmə sisteminə aylıq tarif bir kvadratmetr yaşayış sahəsinə görə hazırkı 365,8 sumdan 397,03 suma qədər artırılıb.

İsti su təchizatına tarif adambaşına sayğacsız 4140,52 sum (hazırda 3814,78 sum), sayğacla bir kubmetrə görə 1272,29 sum (1172,21 sum) təşkil edəcək.

Yataqxana sakinləri üçün tarif adambaşına hazırkı 2837,83 suma nisbətdə 3080,14 sum olacaq.

Sonuncu dəfə Özbəkistanda isti su və isitmə sisteminə qoyulan tariflər cari ilin fevralında artırılıb. O zaman tariflərin artımı 20 faiz idi.

İlin əvvəlindən Özbəkistanda elektrik enerjisi, isti su və isitmə sisteminə olan tariflər müvafiq olaraq 17,7 və 28,5 faiz artıb.

Xəbər lenti

Xəbər lenti