...

Gürcüstanda Bakı-Supsa boru kəmərindən neft oğurluğunda təqsirləndirilən cinayətkar dəstənin üzvləri həbs olunub

Energetika Materials 22 Oktyabr 2010 17:52 (UTC +04:00)
Gürcüstanın hüquq-mühafizə orqanlarının əməkdaşları Bakı-Supsa boru kəmərindən neft oğurluğu ilə məşğul olan cinayətkar dəstənin üzvlərini həbs ediblər.
Gürcüstanda Bakı-Supsa boru kəmərindən neft oğurluğunda təqsirləndirilən cinayətkar dəstənin üzvləri həbs olunub

Gürcüstan, Tbilisi, 22 oktyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın hüquq-mühafizə orqanlarının əməkdaşları Bakı-Supsa boru kəmərindən neft oğurluğu ilə məşğul olan cinayətkar dəstənin üzvlərini həbs ediblər.

Həbs olunan Mixail Mqebrişvili, Cemal Qoqicanaşvili, Zurab Qiorqadze, Qiorqi Çumburidze və Cemal Svanidze mütəmadi olaraq satış məqsədilə Bakı-Supsa boru kəmərindən neft oğurlamaqla məşğul olublar. Oğurlanan yanacaq da müsadirə olunub", - cümə günü brifinqdə Gürcüstan DİN-in Konstitusiya təhlükəsizliyi departamentinin sədr müavini Soso Topuridze deyib.

Bakı-Supsa boru kəməri ilə Azərbaycanda "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsi üzrə tərəfdaşların nefti nəql olunur.

"Azəri-Çıraq-Günəşli" layihəsinin iştirakçıları aşağıdakılardır: BP (operator - 37,43 faiz iştirak payı), "ChevronTexaco" (11,27 faiz), ARDNŞ (10 faiz), INPEX (10,96 faiz), "Statoil" (8,56 faiz), "ExxonMobil" (8,006 faiz), TPAO (6,75 faiz), "Itochu" (4,3 faiz), "Delta Hess" (2,72 faiz).

Xəbər lenti

Xəbər lenti