...

Azərbaycan ilə İran arasında enerji və nəqliyyat sahəsində əməkdaşlıq haqqında memorandum imzalanıb (ƏLAVƏ OLUNUB)

Energetika Materials 17 Noyabr 2010 15:19 (UTC +04:00)
Çərşənbə günü geniş tərkibdə danışıqlardan sonra Azərbaycan ilə İran arasında enerji və nəqliyyat sahəsində əməkdaşlıq haqqında memorandumun imzalanma mərasimi olub.
Azərbaycan ilə İran arasında enerji və nəqliyyat sahəsində əməkdaşlıq haqqında memorandum imzalanıb (ƏLAVƏ OLUNUB)

RED. əlavəsi: Azərbaycan və İranın əməkdaşlığı üzrə təfərrüatlar əlavə olunub

Azərbaycan, Bakı, 17 noyabr /Trend/

Çərşənbə günü geniş tərkibdə danışıqlardan sonra Azərbaycan ilə İran arasında enerji və nəqliyyat sahəsində əməkdaşlıq haqqında memorandumun imzalanma mərasimi olub. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında enerji və nəqliyyat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov, İran tərəfdən isə xarici işlər naziri Mənuçöhr Müttəki imzalayıblar.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2010-cu ilin yanvar-sentyabr aylarında İranla mal dövriyyəsi 167,26 milyon dollar təşkil edib ki, bunun da 76,87 milyonu İrandan idxalın, 90,39 milyonu isə bu ölkəyə ixracın payına düşüb.

Azərbaycan və İran hazırda, xüsusilə də qaz sahəsində, elektrik enerjisinin mübadiləsi üzrə əməkdaşlıq edirlər.

Azərbaycan və İranı ümumi uzunluğu 1474,5 kilometr (296,5 kilometri Azərbaycan ərazisində) olan Qazı Məmməd-Astara-Bind-Biand qaz kəməri əlaqələndirir. Marşrut 1971-ci ildə istismara verilən Qazax-Astara-İran boru kəmərinin qoludur. Bu istiqamətdə üç - Qazı Məmməd, Ağdaş və Qazax kompressor stansiyaları tikilib. Boru kəmərinin diametri 1200 millimetridir.

Hazırda ARDNŞ Astara rayonunda yeni kompressor stansiyası tikir ki, bu da ilin sonunadək İrana qaz nəqlini artırmağa imkan verəcək.

Hazırda Azərbaycan qazının İrana nəqli Naxçıvan MR-in qazla təmin olunması üçün həyata keçirilir. Astarada stansiyanın genişləndirilməsi Muxtar Respublikanı qazla tamamilə təmin edəcək. Sərbəst həcmlərin yaranacağı təqdirdə, ARDNŞ-nin artıq qazı İrana satmaq imkanı yaranacaq. İran tərəfi bir neçə dəfə ildə beş milyard kubmetrə qədər Azərbaycan qazının alınması imkanı haqqında bəyan edib.

Xəbər lenti

Xəbər lenti