...

ARDNŞ Gürcüstana 300 milyon kub metrdən çox Azərbaycan qazı ixrac edib

Energetika Materials 4 Dekabr 2010 13:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 dekabr /Trend/

Yanvar-noyabr aylarında ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Gürcüstana 300,43 milyon kubmetr qaz ixrac edib. Bu göstərici yanvar-oktyabrda 248,46 milyon kubmetr olub. Bu barədə ARDNŞ-nin şənbə günü yaydığı məlumatda deyilir.

Noyabrda ARDNŞ Gürcüstana 22 milyon kubmetr Azərbaycan qazı ixrac edib. Bu göstərici oktyabrda 31,12 milyon kubmetr olub.

Gürcüstana qaz nəqli şirkətin gürcü bazarındakı fəaliyyəti çərçivəsində Qazax rayonu ərazisində iki ölkəni birləşdirən boru kəməri vasitəsilə həyata keçirilir. Bu kəmərlə qaz ixracının gücü ildə təxminən 3 milyard kubmetr qaz təşkil edir.

2008-ci ilin noyabrında Azərbaycan ilə Gürcüstan arasında saziş imzalanıb. Sənəd 2009-cu ildən başlayaraq sonrakı beş il ərzində Gürcüstanın qaz bazarında ARDNŞ-nin fəaliyyətinin fəallaşdırılması imkanlarını nəzərdə tutur. Memoranduma əsasən, ARDNŞ layihənin həyata keçirilməsi üçün Gürcüstan hökuməti tərəfindən müəyyən edilən qaz istehlakçıları qruplarını (sosial qruplar) təmin edən "SOCAR Georgia Gas" törəmə müəssisəsini yaradıb.

Həmçinin, 2008-cil il dekabrın sonunda ARDNŞ və Gürcüstan hökuməti 30 paylayıcı qaz təsərrüfatı və paylayıcı qaz şəbəkəsinin istifadəyə verilməsi barədə müqavilə imzalayıb. Bu şəbəkələr Gürcüstanın müxtəlif regionlarını əhatə edir.

Xəbər lenti

Xəbər lenti