...

"Azərenerji" ASC köhnə enerji qurğularının təmirini aparır

Energetika Materials 6 Dekabr 2010 16:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 dekabr /Trend/

"Azərenerji" ASC (Azərbaycanda elektrik enerjisinin istehsalı və paylanması) Şirvanda istilik elektrik stansiyasının (İES) iki enerji blokunda təmir işləri aparıb. Bu barədə bazar ertəsi ASC-nin rəsmi internet saytında məlumat verilib.

"1 saylı enerji blokunda əsaslı, 2 saylı enerji blokunda isə orta təmir işləri aparılıb", - məlumatda deyilir.

Şirvan İES 150 MVt gücündə olan 7 blokdan ibarətdir və Avropada açıq quruluşlu ilk enerji obyektidir. Stansiya 1962-ci ildən bəri istismara verildiyi üçün avadanlığı köhnəlib.

Məlumatda deyildiyi kimi, ölkənin enerji təhlükəsizliyinin təmin olunması məqsədilə hazırda Şirvan şəhərində gücü 780 MVt olan yeni elektrik stansiyasının, yəni "Cənub" elektrik stansiyasının tikinti işləri qrafikə uyğun davam edir.  Bu stansiyada həm qaz, həm mazut, həm də dizel yanacağından istifadə edilməsinə imkan verən müasir texnologiyalar tətbiq ediləcək. Yeni stansiyanın gələcəkdə Abşeron yarımadasının və Azərbaycanın cənub bölgəsinin enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsində, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı və sabit işləməsinin təmin edilməsində rolu böyük olacaq.

Xəbər lenti

Xəbər lenti