...

Azərbaycan Prezidenti Avstriyanın OMV şirkətinin nümayəndə heyətini qəbul edib

Energetika Materials 11 Dekabr 2010 22:26 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 11-də Avstriyanın OMV şirkəti İcraiyyə Şurasının sədri Volfqanq Ruttenstorferin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Məlumatı AzərTAc Dövlət İnformasiya agentliyi yayıb.
Azərbaycan Prezidenti Avstriyanın OMV şirkətinin nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 11-də Avstriyanın OMV şirkəti İcraiyyə Şurasının sədri Volfqanq Ruttenstorferin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Məlumatı AzərTAc Dövlət İnformasiya agentliyi yayıb. 

OMV Şirkəti İcraiyyə Şurasının sədri Volfqanq Ruttenstorfer bu vəzifədə onu əvəz edəcək Gerhard Royssi dövlətimizin başçısına təqdim etdi. 

Görüşdə Avstriyanın OMV Şirkətinin Azərbaycanın neft və qaz yataqlarının birgə işlənilməsində iştirakı imkanlarının, Azərbaycan Dövlət Neft Şirkəti ilə əməkdaşlığının, Nabukko layihəsinin həyata keçirilməsinin perspektivləri ilə bağlı məsələlər müzakirə edilmişdir.

Xəbər lenti

Xəbər lenti