...

Azərbaycan və Ukrayna neft və maye qaz tədarükü üzrə saziş imzalayacaqlar

Energetika Materials 17 Dekabr 2010 15:11 (UTC +04:00)
Azərbaycan və Ukrayna ilin sonunadək Ukraynaya ildə beş milyon ton neft və yeddi milyard kubmetr maye qazın tədarükü haqqında saziş imzalaya bilərlər.
Azərbaycan və Ukrayna neft və maye qaz tədarükü üzrə saziş imzalayacaqlar

Azərbaycan, Bakı, 17 dekabr /Trend/

Azərbaycan və Ukrayna ilin sonunadək Ukraynaya ildə beş milyon ton neft və yeddi milyard kubmetr maye qazın tədarükü haqqında saziş imzalaya bilərlər. Bu barədə Ukraynanın "Uryadovıy Kuryer" hökumət qəzetinə müsahibəsində Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev deyib, "Reuter" məlumat verib.

"Söhbət mövcud neft-qaz dəhlizinin ildə beş milyon tonadək genişləndirilməsi və Ukrayna bazarına bunker üsulu ilə beş-yeddi milyard kubmetr maye qazın tədarükündən gedir[...]. Hər iki saziş hökumətlər tərəfindən ilkin qiymətləndirmədən keçib. Düşünürəm ki, yeni ilə qədər müəyyən razılaşmadan sonra onlar imzalanacaqlar", - Əliyev qeyd edib.

"Ukrayna son aylar Rusiyanın neft mənbələrinə alternativ axtarışları fəallaşdıraraq, Azərbaycan mənbələrini daha mümkün hesab edir. İlin əvvəlindən Ukrayna bir milyon tona yaxın Azərbaycanın xam neftini alıb, bu, 2009-cu ilin idxalını 5 dəfə üstələyir", - "Reuter" məlumat verib.

Azərbaycanın tədarükləri Kiyevə 2004-cü ildən etibarən Rusiya neftini əks istiqamətdə Qara dənizə nəql edən Odessa-Brodı neft boru kəmərini birbaşa rejimdə Avropa istiqamətində işə salmağa kömək edəcək.

Hazırda Azərbaycan neftinin Belarusa "svop" tədarükünün imkanları nəzərdən keçirilir. Azərbaycan nefti bu ölkə üçün Ukrayna limanlarına çatdırılacaq, oradan isə Belarusa nəql ediləcək.

Xəbər lenti

Xəbər lenti