...

ARDNŞ Azərbaycanın yeraltı qaz anbarlarından 200 milyon kubmetrdən çox qaz alıb

Energetika Materials 7 Yanvar 2011 13:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 yanvar /Trend, müxbir E.İsmayılov/

Yanvarın 4-nə olan məlumata əsasən, ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) ötən ilin dekabrının əvvəlindən Azərbaycanın yeraltı qaz anbarlarından ölkənin qazpaylayıcı sisteminə nəql olunan 210 milyon kubmetr qaz alıb. Bu barədə ARDNŞ-nin istismar qaz anbarı idarəsinin rəhbəri Namiq Rəfiyevin sözlərinə istinadən "Xalq qəzeti" yazır.

Onun sözlərinə görə, bu respublikada sutkalıq qaz tələbatının 40-45 faizini təşkil edir.

Hazırda respublikada iki yeraltı qaz anbarı var - Qaradağ və Qalmaz.

Rəfiyevin sözlərinə görə, ötən il həm Qalmaz, həm də Qaradağ yeraltı qaz anbarlarında quyuların əsaslı təmiri aparılıb. Xüsusilə də, Qalmaz qaz anbarında 46 quyu, Qaradağda 26 quyu təmir edilib. Bu il idarə Qalmaz və Qaradağ qaz anbarlarında müvafiq olaraq altı və iki yeni quyu qazmağı planlaşdırır.

"Bu qaz anbarlarında quyuların orta dərinliyi müvafiq olaraq 3000 və 1800 metr təşkil edir", - Rəfiyev qeyd edib.

Doldurma mövsümünün yekunlarına əsasən, Azərbaycanın yeraltı qaz anbarlarında qaz ehtiyatının həcmi 3,06 milyard kubmetr təşkil edib. Qaz anbarlarında olan qazın ümumi həcmindən 1,13 milyard kubmetrdən çoxu ötən ildən qalmadır.

2009-cu ildə ARDNŞ ölkənin yeraltı qaz anbarlarına iki milyard kubmetrə yaxın qaz doldurub. Bu göstərici 2008-ci ildə 1,4 milyard kubmetr təşkil edib.

Xəbər lenti

Xəbər lenti