...

ARDNŞ Xəzərin Qazaxıstan sektorunda işlər aparır

Energetika Materials 26 Yanvar 2011 16:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir E.İsmayılov/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Xəzərin Qazaxıstan sektorunda mühəndis-geoloji işlər aparır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü neft-qaz bazarındakı mənbə bildirib.

Mənbənin sözlərinə görə, hazırda Xəzərin Qazaxıstan sektorunda "Zöhrab Əliyev" mühəndis-geoloji gəmisi işlər aparır.

Mənbənin dediyi kimi, Qazaxıstan tərəfi ilə artıq ARDNŞ-nin xidmətlər təqdim etməsi üzrə illik müqavilənin müddəti uzadılıb. Qazaxıstan sektorunda işlər dövri olaraq bütün il ərzində aparılacaq.

Mənbə ARDNŞ-nin işlər aparacağı perspektivli strukturlar arasında Xəzərin Qazaxıstan sektorundakı "N" blokunda yerləşən "Nursultan" strukturununun da adını çəkib.

Bundan əvvəl Qazaxıstanın "KazMunayQaz" SC-nin rəhbəri Kairgəldi Kabıldinin bəyan etdiyi kimi, SC kəşfiyyat qazması nəticəsində "N" blokunda karbohidrogenlərin olması əlamətlərini aşkar edib.

"N" bloku - Qazaxıstanın neft-qaz yatağı Xəzər dənizində Aktaudan 75 kilometr cənubda yerləşir. Yatağın sahəsi 8100 kvadratkilometrdir.

Blok iki hissədən ibarətdir: əsas (qərbi) və balıqqulağı-dəniz (şərqi). Yatağın hüdudlarında dənizin dərinliyi 340 metrə çatıb. Ən dərinsulu hissə yatağın cənub-şərqində yerləşir.

"N" layihəsinin operatoru "KazMunayQaz"dır (51 faiz). Digər iştirakçılar - Amerikanın "ConocoPhillips" neft şirkəti (24,5 faiz) və Ərəb dövlət investisiya şirkəti "Mubadala divelopment company"dir (24,5 faiz).

Xəbər lenti

Xəbər lenti