...

Azərbaycanda külək enerjisinin regenerasiyası üzrə park tikilir

Energetika Materials 21 Fevral 2011 15:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 fevral /Trend, müxbir E.İsmayılov/

Cari ili ortalarına "Caspian Technology Company" Azərbaycanın Xızı rayonunun Yaşma qəsəbəsində ("Şurabad" layihəsi) külək enerjisinin regenerasiyası üzrə parkı istismara verməyi planlaşdırır. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi şirkətin əlaqələndiricisi və texniki direktoru Nazir Ramazanov deyib.

Parkın ümumi gücü 48 meqavat təşkil edəcək. Layihə çərçivəsində istifadəsi planlaşdırılan qurğular "Vestas" şirkəti tərəfindən "Caspian Technology Company" ilə uzunmüddətli müqavilə əsasında istehsal edilib. Park istismara verildikdən sonra hər il 185 kilovat-saat elektrik enerjisi istehsal olunacaq. Bu isə öz növbəsində 57 milyon kubmetr qaza qənaət etməyə imkan verəcək.

Onun sözlərinə görə, külək enerjisinin regenerasiyası üzrə 16 qurğudan (hər biri üç meqavat olmaqla) ibarət olacaq parkın tikintisi çərçivəsində artıq avadanlığın montajı üçün lazım olan bünövrəsi qoyulmuş 15 betonun sementi tökülüb. Yalnız hava şəritinin yaxşılaşacağından sonra həyata keçiriləcək bir bünövrənin sementinin tökülməsi üzrə işləri görmək qalıb.

"Cari ilin ikinci rübünə tikintini başa çatdırmaq və qurğuları istismara vermək planlaşdırılır", - Ramazanov qeyd edib. Bu layihə çərçivəsində tikinti işləri 2009-cu ilin ortalarında başlayıb.

Şirkətin texniki direktorunun sözlərinə görə, müqavilə çərçivəsində parkın istehsal edəcəyi enerji "Azərenerji" ASC-nin paylama şəbəkəsinə ötürüləcək. ASC onu "Bakıelektrikşəbəkə" SC-yə verəcək.

Ramazanov onu da qeyd edib ki, layihə üzrə işlər başa çatdıqdan sonra şirkət gücü 100 meqavat olan külək enerjisinin regenerasiyası üzrə parkın yaradılması layihəsinə başlamaq niyyətindədir.

Park hər biri üç meqavat olmaqla 32-35 ədəd qurğudan ibarət olacaq.

"Bu layihə çərçivəsində işlərə iki ilədək vaxt lazım ola bilər", - o qeyd edib.

Xəbər lenti

Xəbər lenti