...

İstismara verildiyi vaxtdan BTC neft kəməri ilə 145 milyon tondan çox neft ixrac olunub - Dövlət Statistika Komitəsi

Energetika Materials 30 İyun 2011 14:37 (UTC +04:00)
İstismara verildiyi vaxtdan Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə 145,6 milyon ton neft ixrac olunub.
İstismara verildiyi vaxtdan BTC neft kəməri ilə 145 milyon tondan çox neft ixrac olunub - Dövlət Statistika Komitəsi

Azərbaycan, Bakı, 30 iyun /Trend, müxbirlər A.Axundov, E.İsmayılov/

İstismara verildiyi vaxtdan Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə 145,6 milyon ton neft ixrac olunub. Trend-in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev "Müstəqil Azərbaycanın inkişafı rəqəmlərdə" mövzusunda elmi simpoziumda çıxışı zamanı deyib.

BTC neft kəmərinin ümumi uzunluğu 1768 kilometrdir ki, bunun da 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i isə Türkiyə ərazisində yerləşir. Boru kəmərinin tikintisinə 2003-cü ilin aprel ayında, onun neftlə doldurulmasına isə 2005-ci il mayın 18-də başlanıb.

BTC- nin səhmdarları BP (30,1 faiz), AzBTC (25 faiz), " Chevron" ( 8,90 faiz), " Statoil" (8,71 faiz), TPAO (6, 53 faiz), " Eni" (5 faiz), " Total" (5 faiz), " Itochu" (3,40 faiz), " Inpex" (2,50 faiz), " ConocoPhilips" (2,50 faiz) və " Hess" (2,36 faiz) ş irkə tlə ridir.

Vəliyevin sözlərinə görə, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istismara verildiyi vaxtdan onunla 16,3 milyard kubmetr qaz ixrac olunub.

Bakı-Tbilisi-Ərzurum kəmərinin uzunluğu 700 kilometrdən çoxdur. Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" qaz-kondensat yatağında hasil olunan qaz bu kəmər vasitəsilə nəql olunur və Gürcüstan vasitəsilə Türkiyəyə daşınır. Azərbaycan da qaz alıcısı qismində iştirak edir.

Xəbər lenti

Xəbər lenti