...

DEPA səhmlərinin 90 faizini özəlləşdirməyə çıxara bilər

Energetika Materials 15 İyul 2011 19:33 (UTC +04:00)
Hazırda DEPA şirkətində iştirak payının alınmasına bir neçə şirkət maraq göstərir.
DEPA səhmlərinin 90 faizini özəlləşdirməyə çıxara bilər

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir A.Bədəlova/

Hazırda DEPA şirkətində iştirak payının alınmasına bir neçə şirkət maraq göstərir. Trend-in məlumatına görə, bu barədə Yunanıstanın DEPA qaz şirkətinin rəhbəri Hari Saçinis deyib.

Onun sözlərinə görə, şirkət özəlləşdirməyə səhmlərinin azı 55 faizini, maksimim isə 90 faizinə qədərini çıxarmağı planlaşdırır.

Alıcı kimi həm bir şirkət, həm də bir neçə şirkətdən ibarət konsorsium çıxış edə bilər. Pay daha sərfəli qiymət təqdim edən tərəfə satılacaq. Hazırda şirkətdə dövlətin payı 65 faiz təşkil edir. Özəlləşdirmədən sonra çox güman ki, dövlət özünün 10 faiz payını qoruyacaq. "The Hellenc Petroleum SA" şirkətinin payı da satışa çıxarıla bilər", - Saçinis qeyd edib.

Yunanıstanın DEPA şirkətinin özəlləşdirilməsi prosesinə rəsmən başlanması artıq bu yay gözlənilir. Özəlləşdirmənin 2011-ci ilin sonunda başa çatdırılması planlaşdırılır. Yunanıstan hökuməti mayın 23-də özəlləşdirmə proqramını bəyənib. Proqram ölkə xəzinəsinə 2015-ci ilədək 50 milyard avro gətirməlidir. Bu proqramın qəbul edilməsi beynəlxalq kreditorların (Aİ və BVF) gələcək kredit dəstəyi üçün şərtlərdən biridir.

Bundan əvvəl ARDNŞ prezidenti Rövnəq Abdullayevin dediyinə görə, ARDNŞ Yunanıstanın qaz konserni DEPA-nın özəlləşdirilməsində iştirak imkanlarını nəzərdən keçirir. Hazırda Dövlət Neft Şirkəti yunan şirkətinin imkanlarını nəzərdən keçirir və bu şirkətin maraqlarına və iqtisadi baxımdan məqsədəuyğun olsa, ARDNŞ DEPA-da iştirak payı almağa hazırdır.

Xəbər lenti

Xəbər lenti