...

Azərbaycanda havanın yüksək hərarəti səbəbindən təhlükəsizlik üzrə tədbirlər həyata keçirilir (ƏLAVƏ OLUNUB)

Energetika Materials 27 İyul 2011 15:48 (UTC +04:00)
ARDNŞ son günlər Azərbaycanda müşahidə edilən havanın yüksək hərarəti ilə əlaqədar olaraq işçi personalın və infrastruktur obyektlərinin təhlükəsizliyinin artırılması üzrə bütün lazımi tədbirləri görür.
Azərbaycanda havanın yüksək hərarəti səbəbindən təhlükəsizlik üzrə tədbirlər həyata keçirilir (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 27 iyul /Trend/

Bakı metrosu ilə bağlı məlumat əlavə olunub (ilk xəbər saat 15:21-də yayılıb)

ARDNŞ son günlər Azərbaycanda müşahidə edilən havanın yüksək hərarəti ilə əlaqədar olaraq işçi personalın və infrastruktur obyektlərinin təhlükəsizliyinin artırılması üzrə bütün lazımi tədbirləri görür. Bu barədə çərşənbə günü Trend-ə ARDNŞ-dən deyiblər.

İşlər ARDNŞ-nin bütün neft emalı müəssisələri, qaz emalı zavodu və boru kəmərlərində aparılır.

"Azərbaycan Dəmir Yolları" QSC-dən bildirdiklərinə görə, QSC əməkdaşları dəmiryolun daimi yoxlanışını həyata keçirirlər. Belə ki, isti havada dəmiryolun genişlənməsi baş verir.

Bundan başqa, bütün sərnişin vaqonlarında kondisioner sisteminin yoxlanışı həyata keçirilir.

Çərşənbə günü Bakı Metropolitenindən bildirilib ki, Bakıda müşahidə edilən anomal isti hava şəraiti dövründə sərnişinlərin rahatlığı və normal daşınması məqsədilə metrostansiyalarda ventilyasiya rejimi gücləndirilib.

Çərşənbə günü Ekologiya və Təbii Sərvətlər Nazirliyi əhaliyə Azərbaycanda iyulun sonunadək davam edəcək anomal isti hava şəraiti ilə bağlı rəsmi xəbərdarlıq edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən çərşənbə günü Trend-ə bildirilib ki, iyulun sonunadək ölkə ərazisində anomal isti hava şəraiti davam edəcək, temperaturun Bakıda və Abşeron yarımadasında 38-40, Aran rayonlarında və Naxçıvan MR-da 38-40, bəzi yerlərdə 42, dağlıq rayonlarda 31-36 dərəcə isti təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında iyulun 28-də hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-27, gündüz 36-40 dərəcə təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 28-29 dərəcə olacaq.

Azərbaycanın rayonlarında iyulun 28-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-27, gündüz 35-40, bəzi yerlərdə 42 dərəcə isti, dağlarda gecə 17-22, gündüz 30-35 dərəcə isti təşkil edəcək

Xəbər lenti

Xəbər lenti