...

Azərbaycanda yeni yatağın kəşfi Avropa üçün vacibdir - Ariel Koen

Energetika Materials 10 Sentyabr 2011 10:47 (UTC +04:00)
"Abşeron" blokunda yeni iri qaz ehtiyatlarının kəşfi Azərbaycan xalqı və Avropa üçün potensial enerji mənbələrinin gələcəyi üçün böyük nailiyyətdir.
Azərbaycanda yeni yatağın kəşfi Avropa üçün vacibdir - Ariel Koen

Azərbaycan, Bakı, 10 sentyabr /Trend, E.Tariverdiyeva/

Xəzər dənizinin Azərbaycan sektorundakı "Abşeron" blokunda yeni iri qaz ehtiyatlarının kəşfi Azərbaycan xalqı və Avropa üçün potensial enerji mənbələrinin gələcəyi üçün böyük nailiyyətdir. Bu barədə Trend-ə "İrs" Fondunun Rusiya, Avrasiya problemləri və beynəlxalq enerji siyasəti üzrə aparıcı eksperti Ariel Koen deyib.

O bildirib ki, həmin yatağın kəşfi bu resursların Avropa bazarlarına Rusiya qazına alternativ kimi ixracı üçün "Nabuko" və Xəzər dənizi zonasının digər boru kəmərlərinin inkişaf müddətini sürətləndirə bilər.

Onun sözlərinə görə, bu kəşf Aİ-nin enerji şirkətləri üçün, onların Avropanın enerji təhlükəsizliyini təminetmə sahəsindəki liderliklərinin təmini üçün çox vacibdir.

Prezident İlham Əliyev cümə günü bəyanat verib ki, Xəzər dənizinin Azərbaycan sektorunda, "Abşeron" blokunda yeni iri qaz yatağı kəşf olunub.

Xəbər lenti

Xəbər lenti