...

ARDNŞ Siyəzəndəki yataqlarda boruarxası qazların ölçülməsinə başlayıb

Energetika Materials 15 Sentyabr 2011 12:14 (UTC +04:00)
ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Ekologiya İdarəsi "Siyəzənneft" Neft-Qaz Çıxartma İdarəsinin (NQÇİ) mədənlərindəki 62 quyuda boruarxası qazların həcmlərinin ölçülməsini həyata keçirib.
ARDNŞ Siyəzəndəki yataqlarda boruarxası qazların ölçülməsinə başlayıb

Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir E.İsmayılov/

ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Ekologiya İdarəsi "Siyəzənneft" Neft-Qaz Çıxartma İdarəsinin (NQÇİ) mədənlərindəki 62 quyuda boruarxası qazların həcmlərinin ölçülməsini həyata keçirib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı idarənin rəsmi saytında yerləşdirilən məlumatda deyilir.

NQÇİ-nin boruarxası qazlar olan 300 quyusundan 180-ə idarə tərəfindən baxış keçirilib, onlardan 62-də ölçmələr aparılıb. Boruarxası qazların həcmlərinin ölçülməsi prosesi digər quyularda davam etdiriləcək.

Ölçmələr Səmt Qazlarının Yandırılmasının Azaldılması üzrə Qlobal Tərəfdaşlıq Təşkilatının təqdim etdiyi cihazlardan istifadə etməklə həyata keçirilib.

İnstrumental ölçmə işlərinin aparılmasında əsas məqsəd ARDNŞ-nin balansında olan müəssisələrdə atmosferə atılan səmt qazlarının həcmlərinin müəyyən edilməsi, illik göstəricilərin müqayisəsi və ssenarilərin ARDNŞ-nin iqlim dəyişikliklərinə təsirin azaldılması üzrə strategiyası ilə müqayisə edilməsidir.

Xəbər lenti

Xəbər lenti