...

2025-ci ilə qədər Azərbaycan 50 milyard kubmetr qaz hasil edəcək - ARDNŞ

Energetika Materials 22 Sentyabr 2011 14:54 (UTC +04:00)
2025-ci ilədək qaz hasilatı həcmləri proqnozları ildə 50 milyard kubmetr qaz təşkil edir.
2025-ci ilə qədər Azərbaycan 50 milyard kubmetr qaz hasil edəcək - ARDNŞ

Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir E.İsmayılov/

2025-ci ilədək qaz hasilatı həcmləri proqnozları ildə 50 milyard kubmetr qaz təşkil edir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezident Xoşbəxt Yusifzadə deyib.

Onun sözlərinə görə, bu vaxta qədər Azərbaycanda daxili qaz istehlakı 11-12 milyard kubmetr olacaq. Beləliklə, ölkənin təxminən 35 milyard kubmetr əlavə qazı olacaq.

Yusifzadə bildirib ki, hazırda Azərbaycanın sübut olunmuş qaz ehtiyatları 2,55 trilyon kubmetrdir.

Hazırda Azərbaycan Türkiyə, Gürcüstan, Rusiya və İrana qaz tədarük edir.

Enerji tədarükünün mənbə və marştutlarını diversifikasiya edəcək və bununla da Aİ-nin enerji təhlükəsizliyini artıracaq "Cənub dəhlizi" layihəsi Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biridir. "Cənub dəhlizi" layihəsinə aiddir: "Nabukko" qaz kəməri, Transadriatik qaz kəməri (TAP), "Ağ axın", ITGI (Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri).

Bu layihələr üçün əsas mənbələrdən biri kimi Azərbaycanın 1,2 trilyon kubmetr qaz ehtiyatı ilə "Şahdəniz" yatağı hesab edilir.

Xəbər lenti

Xəbər lenti