...

"Azərenerji"nin paylayıcı şəbəkələrində elektrik enerjisindən istifadə artıb

Energetika Materials 29 Sentyabr 2011 14:43 (UTC +04:00)
Cari ilin yanvar-avqust aylarında "Azərenerji" ASC-nin (Azərbaycanda elektrik enerjisini istehsal edən və paylayan) paylayıcı şəbəkələri tərəfindən 4,5 milyard kilovat-saata yaxın elektrik enerjisi istehlak edilib, ümumi ödəniş isə 85,5 faiz təşkil edib.
"Azərenerji"nin paylayıcı şəbəkələrində elektrik enerjisindən istifadə artıb

Azərbaycan, Bakı, 29 sentyabr /Trend/

Cari ilin yanvar-avqust aylarında "Azərenerji" ASC-nin (Azərbaycanda elektrik enerjisini istehsal edən və paylayan) paylayıcı şəbəkələri tərəfindən 4,5 milyard kilovat-saata yaxın elektrik enerjisi istehlak edilib, ümumi ödəniş isə 85,5 faiz təşkil edib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı ASC-nin yaydığı məlumatda deyilir.

Ötən ilin analoji dövrü ilə müqayisədə istifadə 245,2 milyon kilovat-saat artıb. O cümlədən daimi əhali qrupu abonentləri 1,524 milyard kilovat-saatdan çox enerji istehlak ediblər ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 42,8 milyon kilovat-saat azdır.

Avqustda "Azərenerji" ASC-nin paylayıcı şəbəkələri tərəfindən 564,6 milyon kilovat-saata yaxın elektrik enerjisi istehlak edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4 faiz çoxdur.

Avqustda ümumi ödəniş ötən ayların debitor borcları da daxil olmaqla, 100 faizdən çox olub. Daimi əhali qrupu abonentləri tərəfindən 183,5 milyon kilovat-saatdan çox enerji istehlak edilib. Bu kateqoriyanın ödənişləri ötən ilin eyni dövrü ilə müqayisədə 19,5 faiz təşkil edib və 97 faizə yaxın təşkil edib.

"Azərenerji" ASC Bakı şəhəri, onun rayonları və Naxçıvan Muxtar Respublikası istisna olmaqla, ölkənin digər ərazilərində elektrik enerjisinin paylanmasını da həyata keçirir.

Xəbər lenti

Xəbər lenti