...

Azərbaycanda isitmə mövsümü başlayıb

Energetika Materials 14 Noyabr 2011 13:37 (UTC +04:00)
"Azəristiliktəchizat" SC-nin idarə heyətinin qərarına görə, bu il Azərbaycan ərazisində havaların kəskin soyuması ilə əlaqədar isitmə mövsümü nəzərdə tutulan müddətdən tez başlayıb.
Azərbaycanda isitmə mövsümü başlayıb

Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir E.İsmayılov /

"Azəristiliktəchizat" SC-nin idarə heyətinin qərarına görə, bu il Azərbaycan ərazisində havaların kəskin soyuması ilə əlaqədar isitmə mövsümü nəzərdə tutulan müddətdən tez başlayıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi SC-nin sədr müavini İlham Mirzəliyev məlumat verib.

Adətən Azərbaycanda isitmə mövsümü noyabrın 15-də başlayır.

Onun sözlərinə görə, bir sıra sosial obyektlərdə (internatlarda, əlillər evində və bəzi xəstəxanalarda) isitmə sistemi bir həftə əvvəl işə salınıb. Praktiki olarq bütün abunəçiləri əhatə edən isitmə sistemi tam olaraq üç gün bundan əvvəl işə salınıb.

Hazırda SC bütün abunəçilərin 80-85 faizə yaxınını istiliklə təmin edir. Yalnız bəzi məktəblər isitmə sisteminə qoşulmayıb. Bu, tətillərlə əlaqədardır.

"Sızmalarla bağlı fövqəladə halların qarşısını almaq məqsədilə məktəblərin əksəriyyəti tətillərdən sonra isidilməyə başlayacaq", - Mirzəliyev deyib.

Onun sözlərinə görə, istilik yalnız SC-yə rəsmən müraciət edən və məsuliyyəti tam üzərinə götürən məktəblərə veriləcək.

"SC isitmə mövsümünə tam hazırdır və hazırda abunəçilərə istiliyin verilməsi yüksək səviyyədə həyata keçirilir", - Mirzəliyev deyib.

2011-2012-ci illər isitmə mövsümünə hazırlıq çərçivəsində tədbirlər planında nəzərdə tutulmuş bütün zəruri işlər görülüb.

SC-nin sədr müavini deyib ki, o cümlədən SC tərəfindən istilik xətlərinin çəkilməsi, təmiri və əvəz edilməsi, eləcə də nasosların quraşdırılması və təmiri işləri həyata keçirilib.

Bu il respublikada istilik enerjisi ilə təmin olunan obyektlərin sayı və onların artım dinamikasını göstərən ümumi cədvəl:

Obyektlər

2011-ci ildə cəmi

2005-ci ildə cəmi

Yaşayış binaları

2550

988

Məktəblər

267

146

Uşaq bağçaları

162

84

Səhiyyə obyektləri

126

61

Digər sosial obyektlər

315

91

Xəbər lenti

Xəbər lenti