...

Azərbaycanda isti su və isitmə üzrə yeni tariflər sosial yönümlüdür - "Azəristiliktəchizat"

Energetika Materials 28 Noyabr 2011 19:16 (UTC +04:00)
Azərbaycan Tarif (qiymət) Şurası tərəfindən isti su təchizatı və isitmə xidmətlərinin yeni tariflərinin təsdiqi zamanı əhalinin bütün təbəqələrinin maraqları nəzərə alınıb.
Azərbaycanda isti su və isitmə üzrə yeni tariflər sosial yönümlüdür - "Azəristiliktəchizat"

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Tarif (qiymət) Şurası tərəfindən isti su təchizatı və isitmə xidmətlərinin yeni tariflərinin təsdiqi zamanı əhalinin bütün təbəqələrinin maraqları nəzərə alınıb. Bu barədə bazar ertəsi Trend-ə "Azəristiliktəchizat" ASC-nin sədr müavini İlham Mirzəliyev deyib.

"Yeni tariflər sosial yönümlüdür və onların təsdiqi zamanı bütün sosial qrupların maraqları nəzərə alınıb", - Mirzəliyev qeyd edib.

Onun sözlərinə görə, yeni tariflər istilik təchizatı sahəsinin inkişafı üçün yeni hüquqi baza yaradır. Çünki dekabrın 1-dək isti su və isitmədən istifadəyə görə hesablar 1996-cı ildə təsdiq edilmiş tariflər əsasında aparılır.

Mirzəliyevin sözlərinə görə, yeni tariflərin təsdiqi bu sahənin inkişafı yolunda növbəti mərhələ olub. Xüsusən, mövcud tariflər əsaslandırılıb. Bu barədə istiliklə təchiz olunan abunəçilərin və obyektlərin sayının artması, eləcə də göstərilən xidmətlərin keyfiyyətinin xeyli yaxşılaşdırılması əsasında fikir söyləmək olar.

Mirzəliyev deyib ki, dekabrın 1-dən qüvvəyə minəcək yeni tariflərin təsdiqi nəticəsində "Azəristiliktəchizat" ASC tərəfindən göstərilən isitmə xidməti tarifləri 1 kvadratmetr yaşayış sahəsinə görə əhali qrupu üçün aylıq 15 qəpik (əvvəlki qiymət 0,05 manat səviyyəsində olub), qeyri-əhali qrupu üzrə isə 1 kubmetr isidilən həcm üçün aylıq 25 qəpik və ya 1 Qkal enerji üçün 30 manat səviyyəsində müəyyənləşdirilib. Əvvəl qeyri-əhali qrupu üzrə abunəçilər ümumiyyətlə mövcud olmayıb. Büdcə təşkilatları (0,12 manat) və digərləri (0,22) bölümü olub. Onlar bir qrupda birləşdiriləcək.

Onun sözlərinə görə, Tarif Şurasının qərarı ilə isti su tarifləri əhali qrupu üzrə 1 kubmetr üçün 40 qəpik və qeyri-əhali qrupu üzrə 1 kubmetr üçün 1,5 manat səviyyəsində təsdiq edilib.

Sayğac quraşdırılmamış mənzillərdə isə 1 nəfər üçün isti su sərfiyyatının aylıq norması 2 kubmetr səviyyəsində müəyyən olunub. Əvvəl 1 kubmetr isti suyun qiyməti əhali qrupu və qeyri-əhali qrupu istehlakçıları üçün 0,14 manat səviyyəsində müəyyənləşdirilib.

Mirzəliyev deyib ki, hətta tariflərin yüksəldilməsi zamanı həmin göstəricilər bu xidmətlərin göstərilməsinə sərf edilən vəsaitlərin həcmindən orta olaraq bir neçə dəfə aşağıdır.

"Lakin bununla yanaşı, birinci növbədə abunəçilərin marağı nəzərə alınıb", - o qeyd edib.

Noyabrın 28-nə olan rəsmi məzənnə 0,7865 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti