...

Yevlax rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq

Energetika Materials 23 Fevral 2012 17:31 (UTC +04:00)
Yevlax rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq.
Yevlax rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq

Azərbaycan, Bakı, 23 fevral /Trend, müxbir E.İsmayılov/

Yevlax rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq. Trend-in məlumatına görə, bu barədə cümə axşamı ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azəriqaz" İsrehsalat Birliyinin yaydığı məlumatda deyilir.

Cari təmir işləri ilə əlaqədar 24 fevral 2012-ci il tarixdə saat 09:00-dan 17:00-dək "Yevlax-1", "Yeni Yevlax-2", "Aran" və "Mingəçevir" qazpaylayıcı stansiyalarından təbii qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Yevlax şəhəri də daxil olmaqla, rayonun Səmədabad, Varvara, Cırdaxan, Salahlı və Balçılı kəndlərinə təbii qazın verilişində fasilələr yaranacaq.

Xəbər lenti

Xəbər lenti