Azərbaycan, Bakı, 28 fevral /Trend/
Zaqatala və Balakən rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq.
Trend-in çərşənbə axşamı ARDNŞ-nin rəsmi saytına istinadən yaydığı məlumata görə, cari təmir işləri ilə əlaqədar fevralın 29-da saat 10:00-dan 17:00-dək "Yevlax-Balakən" magistral qaz kəmərində təbii qaz təchizatı dayandırılacaq.
Təmir işləri aparılan müddətdə Zaqatala və Balakən rayonlarına təbii qazın verilişində fasilələr yaranacaq.