...

İrana qarşı sanksiyalar Azərbaycan qazının Naxçıvana tədarükünə təsir etmir

Energetika Materials 29 Fevral 2012 11:54 (UTC +04:00)
İrana qarşı sanksiyalar Azərbaycan qazının Naxçıvan Muxtar Respublikasına svop tədarükünə, eləcə də Azərbaycanla İran arasında elektrik enerjisinin ötürülməsinə təsir etmir.
İrana qarşı sanksiyalar Azərbaycan qazının Naxçıvana tədarükünə təsir etmir

Azərbaycan, Bakı, 29 fevral / Trend, müxbir E.İsmayılov /

İrana qarşı sanksiyalar Azərbaycan qazının Naxçıvan Muxtar Respublikasına svop tədarükünə, eləcə də Azərbaycanla İran arasında elektrik enerjisinin ötürülməsinə təsir etmir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev Xəzər-Avropa İnteqrasiya İşgüzar klubunun (CEIBC) üzvləri ilə görüşündə deyib.

"İran istiqamətində enerji resurslarının tədarükünün həcmi böyük deyil və kommersiya xarakteri daşımır. O, blokadada olan Naxçıvan Muxtar Respublikasının qazla təchiz olunması baxımından vacibdir", - nazir deyib.

Onun sözlərinə görə, bununla əlaqədar Azərbaycandan tədarükə heç bir sanksiya təsir göstərməməlidir.

Xəbər lenti

Xəbər lenti