Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir E.İsmayılov/
Sabunçu və Xəzər rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq. Trend-in ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azəriqaz" İstehsalat Birliyinə istinadən verdiyi məlumata görə, təmir işləri ilə əlaqədar aprelin 17-də saat 10.00-dan "Zabrat-2" Qazpaylayıcı Stansiyasından təbii qaz təchizatı dayandırılacaq.
Təmir işləri müddətində Xəzər rayonunun Buzovna və Albalılıq, Sabunçu rayonunun isə Zabrat, Maştağa və Nardaran qəsəbələrinə təbii qazın verilişində fasilələr yaranacaq.
Sabunçu və Xəzər rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq
Sabunçu və Xəzər rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq. Trend-in ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azəriqaz" İstehsalat Birliyinə istinadən verdiyi məlumata görə, təmir işləri ilə əlaqədar aprelin 17-də saat 10.00-dan “Zabrat-2” Qazpaylayıcı Stansiyasından təbii qaz təchizatı dayandırılacaq
