...

Natiq Əliyev: Azərbaycan alternativ energetikanın həcmini 20 faizə çatdırmaq niyyətindədir

Energetika Materials 24 Aprel 2012 11:44 (UTC +04:00)
Azərbaycan 2020-ci ilədək alternativ və bərpa olunan enerji istehsalının həcmini 10 faizə çatdırmaq niyyətindədir.
Natiq Əliyev: Azərbaycan alternativ energetikanın həcmini 20 faizə çatdırmaq niyyətindədir

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir H.Vəliyev /

Azərbaycan 2020-ci ilədək alternativ və bərpa olunan enerji istehsalının həcmini 10 faizə çatdırmaq niyyətindədir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Bakıda keçirilən I Azərbaycan-Koreya sənaye forumunun gedişində Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bildirib.

"Lakin bu göstərici 20 faizədək də artırıla bilər. Azərbaycan bu məqsədlərə çatmaq üçün bütün zəruri imkanlara malikdir", - nazir deyib.

Onun sözlərinə görə, Azərbaycan alternativ energetika sahəsində ən perspektivli ölkələrən biridir. Buna əlverişli təbii mühit, külək, Günəş enerjisinin istehsalı üzrə potensialın mövcudluğu, kiçik çayların, termal suların olması, bioqazdan istifadə yardım edir.

Nazir bildirib ki, bu gün Azərbaycanda iki iri layihə hazırlanır. Bunlar 2020-ci ilədək alternativ və bərpa olunan enerjinin inkişafı planı və enerjinin bu növlərinin inkişafı proqramıdır.

Əliyevin sözlərinə görə, bundan əvvəl Avropa İttifaqı Azərbaycana alternativ energetika sahəsində qanunvericiliyin Aİ-nin müvafiq qanunvericiliyinə uyğunlaşdırılması üzrə 13 milyon avro dəyərində qrant təqdim edib.

Xəbər lenti

Xəbər lenti