...

Şəki rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq

Energetika Materials 28 Aprel 2012 14:44 (UTC +04:00)
Təmir işləri ilə əlaqədar olaraq aprelin 30-da saat 08:00-dan etibarən "Cəfərabad" Avtomatik Qazpaylayıcı Stansiyasından Şəki rayonuna gedən qaz kəmərində təbii qaz təchizatı dayandırılacaq.
Şəki rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq

Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir E. İsmayılov/

Təmir işləri ilə əlaqədar olaraq aprelin 30-da saat 08:00-dan etibarən "Cəfərabad" Avtomatik Qazpaylayıcı Stansiyasından Şəki rayonuna gedən qaz kəmərində təbii qaz təchizatı dayandırılacaq. Trend-in məlumatına görə, bu barədə şənbə günü Azərbaycan Respublikası Dövlət Neft Şirkıtinin (ARDNŞ) yaydığı məlumatda deyilir.

Məlumata əsasən, təmir işləri müddətində Şəki rayonuna təbii qazın verilməsində fasilələr yaranacaq.

Xəbər lenti

Xəbər lenti