...

ARDNŞ-nin tresti tikinti-quraşdırma işlərini artırıb

Energetika Materials 21 May 2012 17:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Neftqaztikinti" tresti birinci rübdə 66,4 milyon manat dəyərində tikinti-quraşdırma işləri həyata keçirib ki, bu da ötən ilin analoji dövr göstəricisindən 7,3 faiz çoxdur. Trend-in məlumatına görə, bu barədə trestin rəhbəri Mirkazım Abasovun "Respublika" qəzetində dərc edilən məqaləsində deyilir.

Onun sözlərinə görə, bu dövrdə 46,5 milyon manat dəyərində əsaslı təmir işləri aparılıb ki, bu da ötən ilin analoji dövr göstəricisindən 5,5 faiz çoxdur.

Birinci rübdə təqribən 20 milyon manat məbləğində əsaslı təmir işləri aparılıb. Bu, ötən ilin yanvar-mart aylarının göstəricisindən 12,6 faiz çoxdur.

Xəbər lenti

Xəbər lenti