...

Gürcüstan Rusiya qazının Ermənistana tədarükünü dayandırır

Energetika Materials 8 İyun 2012 18:22 (UTC +04:00)
Gürcüstanda Şimal-Cənub magistral qaz kəmərinin zədələnməsi səbəbindən Rusiya qazının Ermənistana tədarükü saat 19:00-dan etibarən müvəqqəti dayandırılacaq.
Gürcüstan Rusiya qazının Ermənistana tədarükünü dayandırır

Gürcüstan, Tbilisi, 8 iyun /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanda Şimal-Cənub magistral qaz kəmərinin zədələnməsi səbəbindən Rusiya qazının Ermənistana tədarükü saat 19:00-dan etibarən müvəqqəti dayandırılacaq.

Gürcüstan Neft və Qaz Korporasiyasından cümə günü Trend-ə verilən məlumatına görə, magistral qaz kəmərində qaz sızıntısı Msxeta-Tianeti regionunun Saquramo rayonunda qeydə alınıb.

Bərpa işlərini qaz kəmərinin operatoru "Gürcüstan Qaz Nəqli Şirkəti" həyata keçirəcək. Qəzanın dərhal aradan qaldırılmasından sonra qaz tədarükü bərpa ediləcək.

Erməni tərəfinə qazın dayandırılması barədə xəbərdarlıq edilib.

Gürcüstan Neft və Qaz Korporasiyasından qeyd ediblər ki, qəza problemi səbəbindən Gürcüstana qazın verilişində problem olmayacaq, çünki Gürcüstan qazı Azərbaycandan alır və tranzit qaz kəməri ilə bağlı deyil.

Xəbər lenti

Xəbər lenti