...

ARDNŞ ölkədə qazlaşdırma səviyyəsini 95 faizə çatdırmağı planlaşdırır

Energetika Materials 13 İyul 2012 18:11 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) qış dövründə Azərbaycanın qaza ola təlabatını tam təmin edəcək.
ARDNŞ ölkədə qazlaşdırma səviyyəsini 95 faizə çatdırmağı planlaşdırır

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) qış dövründə Azərbaycanın qaza ola təlabatını tam təmin edəcək. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, ARDNŞ ötən il həm ölkənin daxili tələbatını, həm də ixrac əməliyyatı çərçivəsində öhdəlikləri tam təmin edib. Yeraltı qaz anbarlarında qaz ehtiyatları qaza olan bütün tələbatı ödəmək üçün kifayət qədər olub.

"ARDNŞ bu il yeraltı qaz anbarlarında qaz həcmlərini rekord göstəriciyə çatdırmaq niyyətindədir", - Abdullayev deyib.

O, həmçinin vurğulayıb ki, ARDNŞ gələn il ölkədə qazlaşdırma səviyyəsini 95 faizə çatdırmağı planlaşdırır.

Xəbər lenti

Xəbər lenti