...

ARDNŞ dəniz yatağında ekoloji monitorinq aparıb

Energetika Materials 25 Avqust 2012 10:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 avqust /Trend, müxbir E.İsmayılov/

ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Ekologiya İdarəsi Xəzərin Azərbaycan sektorundakı "Neft Daşları" yatağında ekoloji monitorinq aparıb. Trend-in məlumatına görə, bu barədə İdarənin məlumatında deyilir.

"Neft Daşları" yatağı ARDNŞ-nin eyniadlı neft-qaz çıxarma idarəsinin balansındadır.

Məlumata görə, yataqda monitorinq "MPK-452" gəmisi vasitəsilə aparılıb.

Monitorinq müddətində Xəzər dənizinə təsir edən parametrlərin müəyyənləşdirilməsi üçün sözügedən yatağın hər birinin 15 seçilmiş stansiyasından dəniz suyu, zooplankton, fitoplankton və dib çöküntüsü nümunələri götürülüb.

Xəbər lenti

Xəbər lenti