...

Sabah Azərbaycanın bir sıra rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq

Energetika Materials 15 Oktyabr 2012 18:33 (UTC +04:00)
Təmir işləri ilə əlaqədar olaraq oktyabrın 16-da saat 10:00-dan 18:00-dək “Yevlax-Balakən” magistral qaz kəmərində və “Dağkəsəmən” avtomatik qazpaylayıcı stansiyasından təbii qaz təchizatı dayandırılacaq.
Sabah Azərbaycanın bir sıra rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq

Azərbaycan, Bakı, 15 oktyabr /Trend/

Təmir işləri ilə əlaqədar olaraq oktyabrın 16-da saat 10:00-dan 18:00-dək "Yevlax-Balakən" magistral qaz kəmərində və "Dağkəsəmən" avtomatik qazpaylayıcı stansiyasından təbii qaz təchizatı dayandırılacaq.

Trend "Azəriqaz" İstehsalat Birliyinə istinadən məlumat verir ki, təmir işləri müddətində Qax, Şəki, Zaqatala, Balakən rayonlarına, Ağstafa şəhəri daxil olmaqla rayonun Dağkəsəmən, Xətai və Poylu kəndlərinə təbii qazın verilişində fasilələr yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti